Günün kuponu – 23.08.2023

Günün kuponu – 23.08.2023

“Makkabi” (Hayfa) – “Yanq Boyz” – 2,5 ÜST

Hər iki komanda həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə məhsuldarlığı ilə seçilir. “Xoşbəxtliyi rəqib qapısında axtaran” komandalardandır hər ikisi. Məncə, bu matçın 2,5 üst gəlmə ehtimalı yüksəkdir.

“Molde” – “Qalatasaray” – cüt şans x2

“Qalatasaray” yeni mövsümə yaxşı başlayıb. Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağa çox yaxındır. Bunun əsası isə Norveçdəki ilk oyunda qoyula bilər. Fikrimcə, “Cim-Bom” bu qarşılaşmada uduzmayacaq.

“Hibernian” – “Aston Villa” – 2

Klassik Britaniya derbisi – Şotlandiya İngiltərəyə qarşı. Müharibə olsaydı, bəlkə də “Cəsur ürək” filmindən ilhamlanlb döyüş haqqında başqa mülahizə söyləmək olardı. Amma bu futboldur və əksər hallarda nəticəni səviyyə fərqi həll edir. Bu baxımdan isə “Aston Villa” Şotlandiya klubundan xeyli üstündür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Kin Premyer Liqa klubunun hədəfində

Növbəti yazı

Sürpriz kupon – 23.08.2023