Günün kuponu – 23.05.2025

Günün kuponu – 23.05.2025

Real Betis – Valensiya – QOL/QOL

La Liqada sonuncu turun nəticəsinin bu komandalar üçün əhəmiyyəti yoxdur. Nəticədən asılı olmayaraq Betisin mövsümü 6cı yerdə bitirəcəyi və Avroliqada oynayacağı dəqiqləşib. Hazırda 12-ci sırada olan Valensiya isə ən yaxşı halda liqanı 10-cu pillədə başa vuracaq. Ona görə də komandaların heç bir təzyiq hiss etmədən, rahat oynayacağını düşünürəm. Bu komandalar arasında son 10 dueldən 8-də 2,5 üst qeydə alınıb. Üstəlik, Betis La Liqada ardıcıl 18 (!!!) turdur meydanı qolsuz tərk etmir. Sadəcə, 1-1-lik heç-heçə variantını da nəzərə alaraq 2,5 üstə deyil, qol/qol variantına mərc edirəm.

Napoli – Kalyari – 1-ci hissənin nəticəsi – Napoli

A seriyasında çempionluğun taleyini həll edən oyun. Napolinin taleyi öz əlindədir: qalib gəl, çempion ol! Neapol klubu xal itirəcəyi halda fürsət gözləyən “İnter”ə skudettonu öz əli ilə hədiyyə etmiş olacaq. Fikrimcə, Napoli son 2 turdakı xal itkilərini bu dəfə təkrarlamayacaq və elə ilk hissədə məsələni həll edəcək.

Komo – İnter – QOL/QOL

“İnter”in taleyi öz əlində deyil. Lider Napoli son turda xal itirməsə, “neradzurra” Komoya 5 qol vursa belə, xeyri yoxdur. Komo isə sıradan rəqib deyil. Son 8 oyunda uduzmayıb, ardıcıl 14 matçdır qol vurur. Fikrimcə, “İnter”ə də azı 1 qol vuracaqlar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Ən yaxşı adına namizədlər bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 23.05.2025