Günün kuponu – 23.03.2025
Macarıstan – Türkiyə QOL/QOL
İlk matçda 2 top fərqilə uduzan Macarıstanın cavab görüşündə bütün fikri hücumda olacaq. Azarkeş dəstəyi sayəsində başından yuxarı tullanmağa çalışacaq macarların ən azı 1 dəfə fərqlənəcəyini düşünürəm. Türkiyəyə isə cütün taleyini həll etmək üçün böyük ehtimalla 1 qol kifayət edəcək. Məncə, “ay ulduzlular” həmin qolu mütləq vuracaq.
İspaniya – Niderland 1
İlk oyunda hollandların bəxti gətirdi və matç heç-heçə bitdi – 2:2. Daha güclü ispanların Millətlər Liqasının yarımfinalına yüksəlmək üçün şansı qaçırmayacağını düşünürəm. Meydan sahibləri tribunaları dolduracaq azarkeşlərini sevindiricək.
Belçika – Ukrayna QOL/QOL
İlk qarşılaşmadakı 1:3 hesablı məğlubiyyətdən sonra belçikalıların əsas məqsədi qollar vurmaqdı. Bu, Ukrayna üçün əks-hücumlarda fərqlənmək imkanlarının yaranacağına işarədi. Belədə, Qol/Qol variantının gəlmək ehtimalı az deyil.