Günün kuponu – 23.02.2025

Günün kuponu – 23.02.2025

Real Madrid – Jirona -1-ci hissə\oyunun nəticəsi -1\1

UEFA Çempionlar Liqasında “Mançester Siti”yə hər 2 oyunda qalib gələn “Real” La Liqada ardıcıl 3 oyundur qələbəyə həsrətdir. 3 turda cəmi 2 xal qazanan “Kral Klubu” çempionluq yarışında rəqiblərindən geri qalmamaq üçün bu uğursuz seriyaya son qoymalıdır. “Jirona” da ötən mövsümkü “sürpriz komanda” deyil. Məncə, Real bu oyunda həm 1-ci hissəni, həm də bütünlükdə oyunu qazanacaq.

Mançester Siti – Liverpul – 2,5 üst

Çempionlar Liqası ilə vidalaşan Mançester Siti bütün gücünü premyer liqaya yönəldəcək. Son illərdə Liverpulla duellər bol qollu və gərgin keçir. Qvardiolanın komandası bu mövsüm çempionluq şansıın praktiki olaraq itirsə də, azı liverpuldan xal almağa çalışacaq. Bol qollu oyun gözləyirəm.

Lion – PSJ – qol\qol

Barışmaz rəqiblərin növbəti dueli. 6-cı sırada olan Lion lider PSJ-dən 20 xal geri qalır. Amma bu o demək deyil ki, lionlular oyuna motivasiyasız çıxacaq. Rəqib PSJ-dirsə, demək, final fitinə qədər amansız mübarizə gedəcək. Tərəflərin son 4 qarşılaşmasında olduğu kimi bu görüşdə də qarşılıqlı qollar vurulacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Mançester Siti”də ciddi itki

Növbəti yazı

Sürpriz kupon – 23.02.2025