Günün kuponu – 23.01.2026
FK İmişli – Araz Naxçıvan – 2,5 ALT
Azərbaycan premyer liqasında 1 aylıq qış fasiləsi başa çatır. Bu müddətdə baş məşqçi dəyişikliyinə gedən Araz Naxçıvanın nə dərəcədə doğru qərar verdiyini əksəriyyət maraqla gözləyir. Komanda Demçenkonun başçılığı altında ilk oyunu qazanmağa çalışacaq. Amma “İmişli”nin inadkar rəqib olduğunu, oyunun keçiriləcəyi Qubada sərt, şaxtalı hava şəraitinin hökm sürdüyünü nəzərə alıb, bu oyunda çox qol gözləmirəm.
İnter – Piza – 1/1
UEFA Çempionlar Liqasından “Arsenal”a məğlubiyyətlə qayıdan İnter İtaliya A seriyasında lider statusunu doğrultmağa çalışacaq. Rəqib isə liqanın sonuncusu “Piza”dır. Məncə, İnter artıq ilk hissədə qələbənin əsasını qoyacaq və matçı qazanacaq.
Darmştad – Nürnberq – 1-ci hissə cüt şans 12
2-ci bundesliqanın bu qarşılaşmasında azı 2 qol vurulacağını gözləyirəm. İlk yarının isə tərəflərdən birinin hesabda üstünlüyü ilə bitəcəyini təxmin edirəm.












