Günün kuponu – 23.01.2025

Günün kuponu – 23.01.2025

Az Alkmaar – Roma QOL/QOL
UEFA Avropa Liqasında mübarizə aparan hər iki komandaya qələbə çox vacibdir. Növbəti 3 xal “Alkmaar” və “Roma”nın pley-off şanslarını rəsmiləşdirəcək. 10 həftədir məğlub olmayan Niderland təmsilçisi ev oyununda ən azı heç-heçəyə ümid edir. Qonaqlarda iki futbolçu – Kristante və Pelleqrini matçda olmayacaq. Bu matçda qarşılıqlı qolların olacağını düşünürəm.

Porto – Olimpiacos 1
1 Ardıcıl üç oyun məğlub olan “Porto” indi doğma azarkeşləri önündə bəraət almağa çalışacaq. Yunanıstan çempionatında qələbələri sıralayan “Olimpiakos”un səfərdə uğur qazanmaq şansları yüksək deyil. Ona görə “Porto”nun qələbəsinə mərc gəlmək sürpriz sayılmayacaq.

Fənərbağça – Lion QOL/QOL
Heyətdə itkilərin çox olduğu “Fənərbağça” Avropa Liqasında 1/8 finala vəsiqəni qazanmağa yaxın olan “Lion”u qəbul edəcək. Fransa çempionatında işləri yaxşı getməyən “Lion”u Türkiyədə asan olmayan mübarizə gözləyir. Heç vaxt “Lion”a qalib gəlməyən Mourinyonun komandası ilkə imza atmaq arzusundadır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Şamaxı”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 23.01.2025