Günün kuponu – 23.01.2024
Beşiktaş – Adana Dəmirspor 1
“Pendikspor”a ağır məğlubiyyətdən sonra özünə gəlməyə çalışan qara qartallar bu dəfə azarkeşləri qarşısında bəraət almalıdı. Yeni baş məşqçinin gəlişindən sonra toparlanmağa çalışan “Beşiktaş”ın 3 xal qazanacağına inanıram.
Pendikspor – Kasımpaşa QOL/QOL
Ötən tur “Beşiktaş”a 4-0 hesabıyla qalib gələn “Pendikspor” bütün medianın diqqətinə səbəb oldu. Bu dəfə rəqib “Kasımpaşa” olacaq. Afrika Millətlər Kubokunda iştirakla bağlı birincilərdə Koka, ikincilərdə isə Omeruo oyunda olmayacaq. Maraqlıdır ki, “Kasımpaşa” rəsmi matçlarda “Pendikspor”a qalib gəlməyib. Tərəflərin meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.
Qvineya – Seneqal QOL/QOL
Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turu davam edir. Demək olar hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Seneqalın rəqibi 2 xal qabaqlamasına baxmayaraq gərgin mübarizə olacağını düşünmürəm. Tərəflər sadəcə formal oyun keçirəcək. Son turda məhsuldar heç-heçə qeydə alınacağını düşünürəm.