Günün kuponu – 22.12.2024

Günün kuponu – 22.12.2024

Şamaxı – Sabah 2

“Şamaxı”nın heyəti Premyer Liqada ən zəiflərdən olsa da, Ayxan Abbasov yaxşı kollektiv formalaşdıra bilib. “Qarabağ”ın Şamaxıdakı son matçda böyük çətinliklə 3 xal qazanması da dediyimin sübutudur. Amma ardıcıl 2 oyunda güclü rəqiblərlə bərabər mübarizə aparmaq çətindir. Etopaz bu qarşılaşmada favorit “Sabah”ın qələbəsinə cəlbedici əmsal verir. Zənnimcə, bu fürsətdən istifadə etmək olar.

Kayserispor – Qalatasaray 2

“Kayserispor” qeyri-sabit futbol sərgiləyən komandadır. Turnir cədvəlindəki mövqeyi də meydan sahiblərinin yaxşı durumda olmadığını isbatlayır. Öz meydanında aşkar autsayder “Adana Dəmirspor”dan sonra ən xal toplayan komandadır. “Qalatasaray” rəqibindən hərtərəfli üstündür. Daha güclü olan qonaqların qələbəsinə mərc edirəm.

Trabzonspor – Bodrumspor 1

“Trabzonspor” azarkeşlərinin ümidlərini doğrultmur. Komanda heç kimin gözləmədiyi qədər aşağı sıralardadır. Amma trabzonlular hər durumda doğma şəhərdə fərqli çıxış etməyi bacarır. Meydan sahiblərinin bu dəfə azarkeşlərinin dəstəyilə 3 xal əldə edəcəyini proqnozlaşdırıram.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Sabah”dan inamlı qələbə

Növbəti yazı

Sürpriz kupon – 22.12.2024