Günün kuponu – 22.11.2025

Günün kuponu – 22.11.2025

 Nyukasl – Mançester Siti – qol-qol

Premyer liqada 2-ci sırada yer alan və lider “Arsenal”dan 4 xal geri qalan Mançester Siti mövsümü qeyri-sabit keçirən Nyukaslı səfərdə məğlub etməyə çalışacaq. Amma “sağsağanlar” hazırda 14-cü pillədə olmasına baxmayaraq “Siti” üçün təhlükəli rəqib olaraq qalır. Tərəflərin Nyukaslda keçirilən son 4 görüşündə nəticədən asılı olmayaraq meydan sahibi qol vurub. Bundan başqa Nyukasl bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı son 11 matçın hamısında qol vurub. Bütün bunları nəzərə alaraq oyunda qarşılıqlı qollar olacağını təxmin edirəm.

Barselona – Atletik Bilbao – 1

Barselona 1-ci sırada qərarlaşan əzəli və əbədi rəqibi “Real”la 3 xallıq fərqi aradan qaldırılmağı hədəfləyib. Atletik Bilbao asan rəqib olmasa da, Barselonanın bu komandaya qarşı son 6 ev oyununda olduğu kimi bu qarşılaşmada da qalib gələcəyini düşünürəm.

Qalatasaray – Gənclərbirliyi – 1-ci hissə – 1

Superliqada son 2 turda cəmi 1 xal qazanan “Qalatasaray”ın növbəti xal itkisinə, özü də doğma meydanda bir növ haqqı yoxdur. Məncə, autsayderlər qrupuna “qonşu olan” Gənclərbirliyi güclü rəqiblər oyunda sensasiya edə bilməyəcək. “Cim-Bom” elə ilk hissədə oyunun taleyini həll edəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Millimizin heyəti bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 22.11.2025