Günün kuponu – 22.11.2022
Argentina – Səudiyyə Ərəbistanı 1
Messili Argentina dünya çempionatının favoritlərindən sayılır. Bu, Leonun karyerasında son mundial olacaq. O, da Maradona kimi ölkəsinə dünya kubokunu qazandırmaq istəyir. İlk rəqib Argentina ilə mübarizə aparacaq gücdə deyil. Hətta 2002-ci ilin dünya çempionatında Almaniya – Səudiyyə Ərəbistanı matçında (8:0) qeydə alınan rekord təzələnə də bilər.
Danimarka – Tunis 1
Danimarka mundialın gizli favoritlərindən hesab olunur. Danimarka son Millətlər Liqasında Fransa və Avstriyanı qabaqlayaraq 12 xalla qrupda 2-ci oldu. Kristian Eriksenin komandası hətta son dünya çempionları Fransanı hər iki oyunda məğlub edə bildi.
Tunis sentyabrda yoxlama görüşündə Braziliyadan 5 top buraxmışdı – 1:5. İnanmıram ki, “Karfagen qartalları” ciddi sürpriz edə bilsin.
Meksika – Polşa QOL/QOL
Dünya çempionatının maraqla gözlənilən oyunlarından biridir. Komandalar arasında elə də böyük səviyyə fərq olmadığından gərgin mübarizənin şahidi ola bilərik. Polşa son yoxlama matçında Çili üzərində minimal hesabla qələbə qazandı. Levandovskinin komandası Millətlər Liqasında 6 oyuna cəmi 1 xal yığaraq qrupda yalnız Uelsi qabaqlamışdı.
Meksika son yoldaşlıq matçında seçmə mərhələdə millimizin rəqibi olacaq İsveçə uduzdu – 1:2. Meksikalıların heyətində İrvinq Lozano (Napoli), Raul Ximenes (Vuverhempton) kimi hücumçular var. Ona görə də qol\qol variantına ümid edirəm.