Günün kuponu – 22.10.2025
Qalatasaray – Bodoe Qlimt – QOL/QOL
“Qalatasaray” Çempionlar Liqasında 2 oyuna 3, Norveç klubu isə 2 xal qazanıb. Hər iki komandanın müdafiəsi etibarlı görünmür. “Cim-Bom” 2 turda qapısından 5, “Bodoe Qlimt” 4 qol buraxıb. Belə müdafiəsi olan komandaların duelində qarşılıqlı qollar daha real variant kimi görünür.
Bavariya – Brügge – 1-ci hissə/oyunun nəticəsi – 1/1
Çempionlar Liqasında hər 2 oyunda qalib gələn Bavariya liderliyini davam etdirmək əzmindədir. Münhen klubunun Brüggeni həm oyunun ilk yarısının, həm də matçın yekun nəticəsinə görə üstələyəcəyini düşünürəm.
Sportinq – Olimpik Marsel – QOL/QOL
Hər iki komanda Çempionlar Liqasında 2 oyuna 5 qol vurub. Məncə, bu “məhsuldarlığı” öz aralarındakı oyunda da davam etdiricəklər.












