Günün kuponu – 22.10.2024
Arsenal – Şaxtyor – 1-ci hissə Arsenal
İngiltərə premyer liqasının son turunda “Bornmut”a uduzan Arsenal mövsümdə ilk məğlubiyyəti yaşadı. Məncə, londonlular bunun əvəzini Çempionlar Liqasında, hazırda çətin dövrünü yaşayan Ukrayna Şaxtyorundan çıxacaq. Arsenalın artıq ilk hissədə qələbənin əsasını qoyacağını düşünürəm.
Real Madrid – Borrusiya Dortmund – QOL/QOL
Çempionlar Liqasında 2 turdan maksimum xal toplayan Dortmund klubu liderlərdən biridir. 2 oyuna 10 qol vurmaqla 36 komanda arasında hələki ən yaxşı göstəriciyə imza atıblar. Realın hücum xəttini anlatmağa isə ehtiyac yoxdur. Bu matçda ən optimal variant qarşılıqlı qollardır.
PSJ – PSV – QOL/QOL
Hər iki komanda Çempionlar Liqasına gözlənilən kimi başlamayıb. Turnir cədvəlində yuxarılara qalxmaq üçün həm PSJ, həm də PSVni yalnız qələbə qane edir. Bu səbəbdən qarşılıqlı hücumlar və qarşılıqlı qollar gözləyirəm.