Günün kuponu – 22.08.2022

Günün kuponu – 22.08.2022

“Mançester Yunayted” – “Liverpul” – ÜST2.5

İddialı klublar iddiasız start götürüb. Qırmızı şeytanlar iki turdan sonra xal qazana bilməyib. “Liverpul” isə qələbəyə həsrət qalıb.  Mövsümün əvvəlində bütün klublarda oyunla bağlı problem yaranır. Ona görə ilk turlarda komandaların vəziyyəti ilə bağlı proqnoz vermək asan deyil.

“Roma” – “Kremonese” – 1

A seriyasında cəmi 1 tur oynanılıb. Joze Mourinyonun komandası transferlərdən sonra azarkeşlərə böyük ümid verib. Bu matçda “Roma”nın xal itirməsi sensasiya hesab ediləcək.

“Sampdoriya” – “Yuventus” – 2

Açılış turunda meydan sahibləri doğma stadionda “Atalanta”ya uduzub (0-2). Ardıcıl ikinci ev oyununda “Sampdoriya” üçün məğlubiyyət azarkeşləri əsəbləşdirəcək. Digər tərəfdən Qoca Sinyora ilk turdan çox inamlı təsir bağışlayır. Bu matçda qonaqların xal itirəcəyi inandırıcı deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Hakimi “Mançester Yunayted”in hədəfində

Növbəti yazı

Sürpriz kupon – 22.08.2022