Günün kuponu – 22.07.2025

Günün kuponu – 22.07.2025

FC Kopenhagen – Drita – 1-ci hissə – 1

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır. Danimarka və Kosovo çempionlarınin duelində “Kopenhagen” aşkar favoritidir. Fikrimcə, onlar elə ilk hissədə oyunun taleyini həll edəcək.

Linkoln Red Imps – Srvena Zvezda – 1-ci hissə – 2

“Qarabağ” son 2 mövsümdə rəqib olmuş Cəbəllütariq çempionu bizə yaxşı tanışdır. Təbii ki, onlar səviyyəcə Srvena Zvezda ilə heç müqayisəyə gəlməz. Serblər səfərdə oynasa belə, artıq ilk yarıda qələbənin əsasını qoya bilər.

Lex Poznan – Breidablik Kopavoqur – 1

Polşanın ən məşhur klunu Avropanın ən məşhur klub turnirində yeni mövsümə qələbə ilə start verməyi hədəfləyib. Poznanın möhtəşəm fanatlarının təzyiqi qarşısında davam gətirmək İslandiya çempionu üçün heç də asan olmayacaq. Məncə, Lex səviyyə üstünlüyünü tabloda əks etdirəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi

Növbəti yazı

Sürpriz kupon – 22.07.2025