Günün kuponu – 22.06.2025

Günün kuponu – 22.06.2025

Mançester Siti – Əl Əin – 1-ci hissə\oyunun nəticəsi – Mançester Siti

“Siti” oyunun şəksiz favoritidir. Qvardiolanın komandası məncə, həm ilk yarını, həm də ümumilikdə oyunu qələbə ilə bitirəcək.

ABŞ – Haiti – 1

“Gold Cup-2025” qitə turnirinin ev sahiblərindən olan ABŞ yığması ilk 2 turda qalib gəldiyindən sonuncu qrup matçının nəticəsindən asılı olmayaraq pley-offa vəsiqəni təmin edib. Bəlkə də bu səbbədən şimali amerikalıların Haiti ilə matça rahat çıxacağını təxmin edənlər var. Mən isə düşünürəm ki, ABŞ doğma azarkeşləri qarşısında Haiti yığmasına güzəştə getməyəcək və qrupdan maksimum nəticə ilə çıxacaq.

Zalsburq – Əl-Hilal – 2,5 ÜST

İlk oyunda “Paçuka”nı məğlub edən Zalsburq bu görüşdə də qalib gələrsə, pley-offa vəsiqə qazanacaq. İlk turda sürpriz şəkildə “Real Madrid”lə 1-1 oynayan Əl-Hilal da qələbə qazanmaq əzmindədir. Belədə oyunun bol qollu keçəcəyini düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Sabah”dan yeni transfer

Növbəti yazı

Sürpriz kupon – 22.06.2025