Günün kuponu – 22.04.2025
Mançester Siti – Aston Villa ÜST2.5
İngiltərə Premyer Liqasında hər iki komandaya qələbə çox vacibdir. Cari mövsümün uğurlu komandalarından olan qonaqlar avrokuboklarda iştirak etməyə çox yaxındı. Xosep Qvardiolanın komandası isə ilk dördlükdə möhkəmlənmək üçün xalını artırmalıdı. Ona görə məhsuldar nəticə qeydə alınacağını düşünürəm.
Valensiya – Espanyol QOL/QOL
La Liqada qonşu pillələrdə qərarlaşan komandalar hərəyə 38 xal toplayıb. Ardıcıl üç matçda meydanı qələbəylə tərk edən “Espanyol” son oyunlarda etibarlı müdafiə xəttiylə diqqəti cəlb edir. Bununla belə “Valensiya”nın rəqib qapısına yol tapacağını düşünürəm. Fikrimcə komandalar məhsuldar heç-heçəyə nail olacaqlar.
Barselona – Malyorka 1
Lider “Barselona” La Liqada növbəti çempionluğu bayram etməyə yaxındır. Son 16 ildə baş tutan əksər oyunlarda qalib gələn kataloniyalıların uğurlu seriyanı davam etdirəcəyini düşünürəm. Səfərdə daim problem yaşayan “Malyorka”nın sürpriz edəcəyinə inam azdır.