Günün kuponu – 22.03.2022
“Port Veyl” – “Ekseter Siti” – QOL/QOL
“Port Veyl” son 3 oyununu qələbə ilə başa vurub. Amma hər üç görüşdə də qapısından top buraxıb.
“Ekseter Siti” 4 turdur uduzmur.
“Port Veyl” öz aralarındakı son 3 matçdan qalib ayrılıb.
“Plimut” – “Çeltnem Taun” – 1
Yüksək liqaya vəsiqə qazanmağa namizədlərdən sayılan “Plimut” son 5 görüşün hamısında qalib gəlib.
Orta sıralarda olan və demək olar növbəti mövsümü düşünən “Çeltnem” son 2 oyunu qələbə ilə başa vurub.
Bu komandaların oyunlarında aşkar favorit olmur. Sadəcə qələbə “Plimut”a daha çox vacibdir deyə, 1 yazmaq olar.
“Danfermlin” – “Partik Tisl” – 2
“Danfermlin” 26 xalla Şotlandiya Championship-də sonuncu yeri tutur və aşağı liqaya düşməyə real namizəddir.
“Partik Tisl” isə böyük ehtimalla Premiership-ə yüksəlmək üçün pley-off oyunlarına qatılacaq. Komanda son 2 oyunda məğlub olduğundan bu dəfə nəyin bahasına olursa-olsun, 3 xal qazanmağa çalışacaq.
“Danfermlin” son 2 turda heç-heçə edib. Amma bu dəfə qonaqların qələbə qazanmaq şansı daha çoxdur.