Günün kuponu – 22.02.2025

Günün kuponu – 22.02.2025

Karlsrue – Maqdeburq QOL/QOL

“Karlsrue” müdafiədə uğursuzluqlardan əziyyət çəkir və Bundesliqa 2-də, ən çox qol buraxan (42) iki komandadan biridir. Bununla yanaşı, ən çox qol vuran üç komanda sırasındadır. “Maqdeburq” isə əksinə, rəqiblə müqayisədə müdafiədə inamlı görsənir və hücum xətti də yaxşılardan sayılır. Bu baxımdan, maraqlı və dinamikalı oyun gözlənilir.

Everton – Mançester Yunayted QOL/QOL

Bu qarşılaşmada hər iki komanda qol vurmaq bacarığını nümayiş etdirəcək. “Everton” son 5 matçda 3 qələbə qazanaraq yaxşı formadadır. Bu da onlarda inamı artırıb. Qonaqlar qeyri-sabit nəticələrinə baxmayaraq, demək olar ki, çox matçlarda qol vuraraq hücumda gücünü göstərir. Aralarındakı son oyunların tarixçəsinə nəzər salsaq, çoxlu qollar vurulduğunu görərik. Bütün bu amillərə görə, hər iki komandanın qol vurma ehtimalı yüksək görünür.

Las Palmas – Barselona 2

Hal-hazırda liderliyə yüksələn katalonlar, autsayderə xal itirmək fikrində deyil. Həm də ilk dövrədə “Barsa” bu komandaya öz meydanında 1:2 hesabı ilə məğlub olmuşdu. Yəqin ki, məğlubiyyətin əvəzini rahatlıqla çıxacaqlar.

Mr. V

Əvvəlki yazı

PSJ “Liverpul”la, “Real” “Atletiko” ilə qarşılaşacaq

Növbəti yazı

Sürpriz kupon – 22.02.2025