Günün kuponu – 21.12.2025
Qəbələ – Qarabağ 2 və 1.5 ÜST
“Ayaks” və “Sabah” məğlubiyyətləri “Qarabağ” azarkeşlərinin planlarına daxil olmasa da, artıq çempion toparlanmalı və hədəfləri uğrunda mübarizəyə davam etməlidi. Bu mənada Qəbələ səfərinin o qədər də çətin keçməyəcəyini proqnozlaşdıra bilərik.
Müxtəlif məqsədləri olan rəqiblərin qarşılaşmasında qonaqların qələbəsinə və matçda ən azı 2 qol vurulacağına mərc edirəm.
Vilyareal – Barselona X2 və 2.5 ÜST
“Vilyareal” La Liqada son 6 oyunda qalib gəlir və 11 matçdır meydanı qolsuz tərk etmir.
“Barselona”nın La Liqada qələbə seriyası 7, məhsuldarlıq seriyası 20 qarşılaşmadır.
Qonaqların bol qollu görüşdə uduzmayacağını təxmin edirəm.
Mərakeş – Komor adaları Ev sahibi hər iki hissədə qalib gələcək: Bəli
Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokunun açılış matçında meydan sahibləri ada təmsilçisini qəbul edəcək.
Komandalar arasında ciddi səviyyə fərqi var. Mərakeş paytaxtında baş tutacaq qarşılaşmada favoritin azarkeşlərin də dəstəyi ilə hər iki hissədə qalib gələcəyini proqnozlaşdırıram.










