Günün kuponu – 21.11.2025
Maynz – Hoffenhaym QOL/QOL
Əmsallar aşkar favoritin olmadığını deyir. Məncə də belədir. Amma hər iki komandanın hücum imkanları dəyərləndirməlidir. Elə bu səbədən həm Maynzın, həm də Hoffenhaymın meydanı qol vurmadan tərk etməyəcəyini düşünürəm.
Katanzaro – Delfino Peskara 1
Katanzaronun hədəfləri daha böyükdür. Mövsümün startı göstərir ki, Peskara isə B seriyasında qalmağa oynayacaq. A seriyası hədəfləyən Katanzaronun autsayderlə oyunda xal itirməyəcəyini düşünürəm.
Sumqayıt – Qarabağ 2
Qarabağın baş məşqçisi Qurban Qurbanovun Napoli ilə oyun öncəsində əsas heyət üzvlərini meydana buraxacağını ehtimal edirəm. Milli fasilə səbəbindən çoxdandır oynamayan futbolçuları tonusda saxlamaq üçün belə addım atılacaq. Qarabağın əsas heyətinə isə daxili yarışda rəqib yoxdur. Üstəlik, ağdamlılar ilk dövrədə alınan məğlubiyyətin revanşını da almaq istəyəcəklər.












