Günün kuponu – 21.11.2022

Günün kuponu – 21.11.2022

İngiltərə – İran 1
Dünya çempionatının ilk turu barədə proqnoz vermək asan deyil. İngilislərdə Sterlinq və Uoker görüşdə iştirak etməyəcək. Ceyms Meddisonun oynayacağı sual altındadır. İlk matçda futbolun yaradıcılarının qələbə qazanacağını düşünürəm.


Seneqal – Niderland ALT2.5
Niderland millisində Memfis Depay matçda iştirak etməyəcək. Seneqalda isə Abdu Diallo komandasına kömək edə bilməyəcək. Fikrimcə bu duel üçün ALT2.5 seçimi real görünür.

ABŞ – Uels QOL/QOL
Bu komandalar indiyə qədər iki yoxlama matçında üz-üzə gəlib. Son görüş 0-0 hesabı ilə başa çatıb. 2003-cü ildə keçirilən oyunda ABŞ qələbə qazanıb (2-0). Qalibi müəyyənləşdirmək çətin olduğundan qol\qol seçiminin üzərində dayanıram. Heyətə nəzər salaraq komandaların meydanı qolsuz tərk etməyəcəyinə inanmaq mümkündü.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Embiiddən rekord

Növbəti yazı

Sürpriz kupon – 21.11.2022