Günün kuponu – 21.10.2024
Nottinqem Forest – Kristal Palas QOL/QOL
Cari mövsüm 7 turda 10 xal toplayan “Nottinqem Forest” evdə qələbə qazana bilməyib. Autsayderlər qrupunda qərarlaşan “Kristal Palas” isə səfər komandası sayılmır. Qonaqlar adətən rəqib meydanında yaxşı nəticə qazanmaqda çətinlik çəkir. Fikrimcə əsas heyətin beş futbolçusunun zədəli olduğu “Kristal Palas” ən yaxşı halda 1 xala sevinəcək.
Valensiya – Las Palmas 1
La Liqada cari mövsümün uğursuz komandaları son iki pillənin sakininə çevrilib. 9 turda 1 qələbə qazanan meydan sahibləri 19-cu yerdə qərarlaşıb. İlk turlarda müdafiədə kobud səhvlərlə yadda qalan “Las Palmas” ciddi dəyişiklik etməyəcəyi təqdirdə yüksək dəstəni tərk edəcək. Bu oyunun meydan sahibləri üçün dönüş olacağını düşünürəm.
Verona – Monza QOL/QOL
A seriyasında uğursuz başlayan “Monza”nın qələbə həsrəti davam edir. Meydan sahibləri isə 7 turda müdafiədəki səhvlərlə diqqəti cəlb edib. 7 matçda 12 dəfə mərkəzə dəvət olunan “Verona” hücumda da qənaətbəxş təsir bağışlamır. Bu komandaların oyunundan məhsuldar nəticə gözləmək olar. Belə də qol/qol seçimi daha real görünür.