Günün kuponu – 21.10.2023
“Liverpul” – “Everton” – 1-ci hissə künc zərbələri – “Liverpul”
Mersisayd derbisi həmişəki kimi maraqlı mübarizə vəd edir. Amma “Liverpul”un bir çox komponentlərdə əzəli rəqibindən üstün olacağı şübhə doğurmur. O cümlədən künc zərbələrinin sayında. Fikrimcə, “qırmızılar” həm ilk yarıda, həm də bütün oyunda daha çox korner qazanacaq.
“Volfsburq” – “Bayer” (Leverkuzen) – 1-ci hissə cüt şans 12
Avroliqada “Qarabağ”ın rəqiblərindən olan Leverkuzen klubu əla mövsüm keçirir. Bundesliqada 1-ci yerdə qərarlaşan “Bayer” hələ uduzmayıb. “Volfsburq” isə bu mövsüm heç-heçə oynamayıb. Bu seriyalardan ikisindən biri bu oyunda qırıla bilər. Tam oyunun nəticəsinə mərc etmək mənə görə risklidir, ilk yarıda hesabdakı bərabərliyin pozulacağı isə fikrimcə daha real variantdır.
“Mayns” – “Bavariya” – 3,5 ÜST
Bu komandaların öz aralarındakı son 4 duelinın hər birində qapılara azı 4 qol vurulub. Komandaların hazırki vəziyyəti də bu varianta güvənməyə əsas verir.