Günün kuponu – 21.09.2025
Sumqayıt-Neftçi qol/qol
Məğlubiyyətsiz irəliləyən gənclik şəhərinin komandası mövsümün əvvəlində “Qarabağ”ı üstələməklə diqqətə səbəb oldu. Amma “Sumqayıt” üçün ilk ciddi sınaq məhz “Neftçi”yə qarşı olacaq. Samir Abasov sabiq komandasına qarşı özünü göstərməyə çalışacaq. Elə “Sumqayıt” futbolçuları da keçmiş məşqçilərinə qalib gəlməyə səy göstərəcək. Duelin məhsuldar olacağını düşünürəm. Ona görə qol/qol seçimi daha real görünür.
Sanderlend-Aston Villa QY
Cari mövsüm evdə hər iki oyunda qalib gələn “Sanderlend” yenidən doğma meydanda mübarizə aparacaq. “Aston Villa” ötən 4 turda qol vura bilməyib. Yeni mövsümdə rəqib qapısına yol tapa bilməyən qonaqların işi çətin olacaq. Fikrimcə bu dəfə də onlar meydanı qolsuz tərk edəcək.
Arsenal-Mançester Siti 1
Cari mövsüm yalnız “Liverpul”a uduzan topçular indi “Mançester Siti”ni qəbul edəcək. Son iki ildə London klubuna qalib gəlməyən qonaqlar ən yaxşı halda 1 xala sevinib. “Arsenal”ın evdə üstün olduğunu fikirləşirəm. Buna görə də meydan sahiblərinin qələbəsinə mərc gəlməyi təklif edirəm.












