Günün kuponu – 21.09.2022
Şotlandiya – Ukrayna – QOL/QOL
UEFA Millətlər Liqasının B divizionunda yer alan hər iki komandanın hədəfi qrup qalibi olub, A divizionununa vəsiqə qazanmaqdır. 3 oyuna 7 xal yığan Ukrayna Şotlandiyanı 1 xal qabaqlayır və liderliyini qorumaq üçün onlara heç-heçə də sırf edir. Şotlandiya isə doğma meydanda mütləq qələbə qazanmalıdır. Hələ ortada revanş istəyi də var: 3 ay əvvəl şotlandlar pley-offda məhz Ukraynaya uduzaraq Qətərdə keçiriləcək mundialdan kənarda qaldılar. Məncə, tərəflərin öz aralarındakı son 2 dueldə olduğu kimi bu matçda da qarşılıqlı qollar vurulacaq.
“Sentral Kordoba” – “Ximnasiya La Plata” – QOL/QOL
“Ximnasiya La Plata” bu görüşdə qalib gəlsə Argentina Liqasında liderliyi “Atletiko Tukuman”dan təhvil alacaq. Amma “Sentral Kordoba” “asan yem” deyil. Komanda 18 oyuna 22 qol vurub, 25-ni buraxıb. Bu isə Argentina liqasında tez-tez rast gəlinən statistika deyil. Komanda 28 iştirakçı arasında 24-cü olsa da, vurduğu qol sayına görə liderlərdəndir. Həmçinin liqada ən çox top buraxan 2-ci komandadır. Belə statistika qarşısında mərc üçün qol /qol daha uyğun variant kimi görünür.
“Anyanq” – “Daejeon Sitizen” – QOL/QOL
Koreyanın 2-ci Liqasında “Anyanq” 2-ci, “Daejeon Sitizen” 4-cü sırada qərarlaşıb. Hər iki komandanın hücum potensialı yüksək, müdafiəsi isə etibarsızdır. Fikrimcə, qol/qol variantına güvənməyə dəyər.