Günün kuponu – 21.07.2024

Günün kuponu – 21.07.2024

Elfsborq – Myalbü QOL/QOL

“Elfsborq” son 2 çempionat və Avropa Liqası matçlarında qələbə qazanıb. “Myalbü” da ardıcıl 4 oyundur qalib gəlir. Avropa Liqasında “Pafos”la oyundan sonra “Elfsborq”da müəyyən yorğunluq ola bilər, ona görə ev sahibinin qələbəsindənsə, qarşılıqlı qolları daha uyğun variant sayıram.

Yanq Boys – Sion 2,5 ÜST

İsveçrədə yeni mövsüm başlayır. İlk turda çempion “Yanq Boys” “Sion”u sınağa çəkəcək. Məhsuldarlığı ilə seçilən İsveçrə liqasının gözlədiyimiz kimi – bol qollu başlayacağını təxmin edirəm.

Slovaçko – Slaviya Praqa QOL/QOL

Çexiyada da futbol tətili başa çatdı. “Slovaçko”nu açılış turunda ciddi sınaq gözləyir. “Slaviya”ya qarşı öz meydanında keçirdiyi son 3 görüşdə qarşılıqlı qollar qeydə alınıb. Məncə, bu seriya davam edəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Şamaxı”da yeni hücumçu

Növbəti yazı

Sürpriz kupon – 21.07.2024