Günün kuponu – 21.06.2025

Günün kuponu – 21.06.2025

Bodo Qlimt – Brann QOL/QOL

Ev sahibləri son 4 matçda rəqiblərin qapısından 14 top keçiriblər. Hal hazırda da, yaxşı irəliləyirlər. Norveç yüksək liqasında sözünü demiş “Brann”-da yaxşı formadadır və turnir cədvəlinin liderlərindəndir. Onlar da, vurduqları qolların sayına görə ev sahiblərindən geri qalmırlar. Bir sözlə, maraqlı və bol qollu oyun gözlənilir.

Mamelodi S – Borussiya D 2

Bu qrupda ilk turun hər iki oyunu minimal hesabla nəticələnib. Ona görə də, çətin ki, məhsuldar görüş olsun. “Mamelodi” Afrika çempionlar liqasının finalına kimi irəliləmişdi. Finalda Misir “Piramida”-sına iki oyinun nəticəsinə görə məğlub olmuşdu. Lakin səviyyə baxımından, Avropa futbolu ilə müqayisə etmək çətindir. “Borussiya” bu oyunda qələbə əldə etməsə, əks halda pley-offa vəsiqəsiz qalma riski ilə üzləşəcək. Alman nəhənginin qalib gələcəyinə inanıram.

Egersunds – Konqsvinqer QOL/QOL

Norveç 1-ci liqanın iki ən məhsuldar komandaların görüş deyərdim. Hər iki komanda mövsümə yaxşı başlayıb. Komandaların hədəfi yüksək liqaya vəsiqədir. Qonaqlar hal hazırda, çempionatın ən çox qol vuran komandasıdır. Ev sahibləri də, az fərqlə rəqibindən geridədir. Yəqinki, maraqlı oyun gözlənilir. Məncə, hər iki komanda fərqlənməyi bacaracaq.

Mr. V

Əvvəlki yazı

Həbib Nurmaqomedov və İslam Maxaçev Qurban Qurbanovla görüşüblər

Növbəti yazı

Sürpriz kupon – 21.06.2025