Günün kuponu – 21.03.2025

Günün kuponu – 21.03.2025

Kipr – San Marino 3,5 ÜST

Dünya Çempionatının seçmə mərhələsində oyunlar başlayır. Qrupun autsayderlərinin qarşılaşmasında Kipr – San Marinonu qəbul edəcək. Bu görüşdə Kipr yığmasının qələbə qazanacağı yəqin ki, heç kimdə şübhə doğurmur. Lakin, əmsalı nəzərə alaraq bu görüşdə 3,5 üst seçimini tövsiyə edirəm. Məncə Kipr ən asan oyunlarından birini keçirəcək və böyük hesablı qələbə qazanacaq. Hislərim San-Marinonun da qol vuracağını deyir. Odur ki, 3,5 üst seçiminə mərc etməyə dəyər.

Malta – Finlandiya 2

Finlandiya millisi qrupun aşkar autsayderi ilə qarşılaşmada çətinlik çəkməməlidir. Fikrimcə finləri Malta səfərində asan mübarizə gözləyir. Məncə “Suomi” Maltanı səfərdə rahatlıqla məğlub edəcək. Üstəlik, etopazın təklif etdiyi erkən uduş fürsətindən də bu matçda yararlanmaq olar.

Rumıniya – Bosniya 1

Erkən uduş fürsətindən yaralanmaq üçün daha bir şans bur oyunda var. Məncə, Rumınlar dünya çempionatının seçmə mərhələsinə yaxşı başlamaq üçün bu görüşdə mütləq qələbə qazanmağa çalışacaqlar. Bunun üçün onların əla heyəti var. Üstəlik, bosniyalılar sanki eniş dövrünü yaşayırlar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

İngiltərə klubundan 2 transfer

Növbəti yazı

Sürpriz kupon – 21.03.2025