Günün kuponu – 21.03.2022
“Tenerife” – “Almeriya” – QOL/QOL
Sequndada qonşu pillələrdə qərarlaşan komandaların dueli maraqla gözlənilir. Hər iki komanda La Liqaya vəsiqə uğrunda yarışır. 31 turdan sonra “Almeriya” ikinci pillədədir, “Tenerife” isə dördüncü sırada qərarlaşıb. “Almeriya” son beş görüşdən 10 xal toplayıb. Hər iki komandanın hücumla bağlı problemi yoxdur. Ona görə qol\qol seçimi daha real görünür.
“Mazatlan FK” – “Klub Leon” – ÜST2.5
Meksika çempionatında maraqlı vəziyyət yaranıb. 10 turdan sonra 15 xalı olan “Klub Leon” indi səfərdə autsayder sayılan “Mazatlan FK”nın qonağı olacaq. Bir oyun az keçirən meydan sahibləri 10 qol vurub, 17 dəfə məyus olub. Bu komandaların son 3 matçında məhsuldar nəticə qeydə alınıb. Üstəlik meydan sahibləri qapısında ən çox qol izləyən üç klub sırasındadır.
“Tixuana Kaliente” – “Juarez” – ALT 2.5
Klasurada aşağı pillələrdə qərarlaşan klubların duelinə mərc etməyi təklif edirəm. “Tixuana Kaliente” 11 xalla 14-cü sıradadır. “Juarez” isə 18 klub arasında 16-cı yerdədir. Qonaqların səfər matçında risk edəcəyinə inanmıram. Ona görə bu oyundan məhsuldar nəticə gözləmirəm