Günün kuponu – 21.02.2023
“Bləkbörn” – Bləkpul” 1
“Bləkbörn” bir qələbə ilə pley-off matçları keçirəcək ilk altılığa yüksələ biləcək. Rəqibin Championship-də qalmaq uğrunda mübarizə aparan “Bləkpul” olduğunu nəzərə alsaq, meydan sahiblərini aşkar favorit saya bilərik.
“Bləkpul” 14 qələbəsiz oyundan sonra ötən tur öz meydanında “Stok Siti”ni minimal hesabla məğlub etdi.
“Bləkbörn” birinci dövrədə səfərdə keçirilən matçda 1:0 hesabı ilə qalib gəlib.
“Milluoll” – “Börnli” QOL/QOL
“Börnli” ən yaxın izləyicisini 11 xal qabaqlayaraq inamla turnir cədvəlinə başçılıq edir. Belçika millisinin sabiq üzvü Vensan Kompaninin çalışdırdığı “Börnli” Premyer Liqaya yüksəlməyə real namizəddir.
“Milluoll” son turda 2-ci yerdə gedən “Şeffild Yunayted”İ 3:2 hesabı ilə məğlub edib.
Hər iki komandanın hücum xətti yaxşıdır, qol-qol mümkün variantlardan biridir.
“Norviç” – “Birmingem” ÜST 2,5
“Norviç” son 5 görüşün hamısında “Birmingem” üzərində üstünlük əldə edib.
Hər iki komanda son oyunlarında qələbə qazana bilməyiblər. “Norviç” səfərdə “Uiqan”la qolsuz bərabərə qalıb, “Birmingem” isə “Haddersfild”ə uduzub.