Günün kuponu – 21.01.2026
Sauthempton – Şeffild Yunayted 1
Bu komandalar turnir cədvəlində qonşu olsalar da, Sauthemptonun şansları daha yüksək qiymətləndirilir. Meydan sahiblərini Pley off zonasından 10 xal ayırır ki, mövsümün qalan hissəsində bu fərqi aradan qaldırmaq mümkündür. Düşünürəm ki, Sauthempton evdə Şeffildi məğlub edərək, yüksəlişə keçəcək.
Forest Qrin Rovers – Altrinçem 2,5 ÜST
Meydan sahibləri aşkar favoritdir. Zənnimcə onlar qələbə qazanacaqlar. Amma qonaqların da qol vuracağını ehtimal edirəm. Əmsalları nəzərə alaraq, sizə 2,5 üst seçimini təklif edirəm. Məncə bizi qol qollu oyun gözləyir.
Yuventus – Benfika 1
Yuventus üçün tamam və ya davam matçıdır. Heç də yaxşı vəziyyətdə olmayan Benfika isə çətin ki, sürpriz edə bilsin. Düşünürəm ki, Yuventus evdə 3 xalı qazanaraq pley-offu təmin edəcək.












