Günün kuponu – 21.01.2025

Günün kuponu – 21.01.2025

Slovan Bratislava – Ştutqart – 1-ci hissə – Ştutqart

Ayyarımlıq fasilədən sonra YEFA Çempionlar Liqası qaldığı yerdən davam edir. 6 oyunun hamısında uduzan Slovakiya çempionu “Slovan” növbəti mərhələyə yüksəlmək şansını itirib. Hesabında 7 xal olan Ştutqarta isə mütləq qələbə lazımdır. Məncə, almanlar ilk yarıda qələbənin əsasını qoyacaq.

Atletiko Madrid – Bayer Leverkuzen – QOL/QOL

Leverkuzen təmsilçisi adətən qol vurub, qol buraxan komanda kimi xarakterizə edilir. Hələ rəqibi Atletiko Madrid kimi komandadırsa, qarşılıqlı qollar gözlənilən variantdır.

Bolonya – Borrusiya Dortmund – QOL/QOL

Ardıcıl 8 oyundur qol buraxan Dortmund klubunun Bolonya səfərində qapısını toxunulmaz saxlayacağına inanmıram. Amma Borussiyanın hücum xəttinə də söz ola bilməz. Bundesliqada “Ayntraxt”a 0:2 uduzduqları son oyun istisna, ardıcıl 12 qarşılaşmada komanda meydanı qolsuz tərk etməyib. Ona görə qol\qol variantına güvənirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Çelsi”nin yeni transfer hədəfi

Növbəti yazı

Sürpriz kupon – 21.01.2025