Günün kuponu – 20.12.2025

Günün kuponu – 20.12.2025

Layptsiq – Bayer Leverkuzen – 2-ci hissə 1,5 ÜST

Bundesliqada 2-ci sırada qərarlaşan “Layptsiq” 4-cü yerdə olan “Bayer Leverkuzen”ə qarşı. Ötən tur Union Berlinə 1:3 uduzan Layptsiq Bayer Leverkuzenlə matçda növbəti xal itkisinə yol verməməyə çalışacaq. Hər iki komanda əla hücum xəttinə sahibdir. Layptsiq 14 turda 29, Leverkuzen klubu isə 30 qol vurub. Tərəflərin öz aralarındakı son 4 matçın 3-də 5 qol, birində isə 4 qol qeydə alınıb. Məncə, məhsuldar keçəcək bu görüşdə 2-ci hissədə azı 2 qol qeydə alınacaq.

Niymegen – Ayaks – 2,5 ÜST

16 turdan sonra bu komandalar Erediviziyada “qonşudur”. 29 xal toplayan Ayaks 3-cü, 1 xal az yığan Niymegen isə 4-cü yerdədir. 16 turda Ayaks 30, rəqibi 41 qol vurub. Statistika hər iki komandanın bu oyunda qol vuracağına və ya 2,5 üst variantına “işarə edir”.

Tottenhem – Liverpul – QOL/QOL

Bu komandalar arasında son 12 dueldən 11-də hər iki tərəf qol vurub. Bu oyunda 1×2 variantlarından birinə mərc etmək mənim üçün çətindir. Qarşılıqlı qollar daha çox güvəndiyim variantdır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Şamaxı”dan Estoniya klubuna

Növbəti yazı

Sürpriz kupon – 20.12.2025