Günün kuponu – 20.12.2023
“Barselona” – “Almeriya” – 1-ci hissə – “Barselona”
“Barsa” ÇL də daxil oynadığı son 3 matçda qələbə qazana bilməyib. La Liqada 3-cü yerdə olan katalonlar əzəli rəqibi “Real”dan 7, çempionatın sürpriz lideri “Jirona”dan isə 9 xal geri qalır. Bir sözlə, hazırda qələbə “Barselona”ya hava-su kimi lazımdır. Belə məqamda onların qarşısına La Liqada sonuncu komandanın çıxması lap yerinə düşüb. 8 ay əvvəl tarixində ilk dəfə “Almeriya”ya uduzan “Barsa” məncə, həmin məğlubiyyətin də heyfini artıqlaması ilə çıxacaq. Qələbənin əsasının artıq 1-ci hissədə qoyulacağını düşünürəm.
“Volfsburq” – “Bavariya” – 1-ci hissə cüt şans 12
Bu matçda azı 2-3 qol vurulacağını təxmin edirəm. Fikrimcə, hesabdakı bərabərlik fasiləyə qədər pozulacaq.
“Kayserispor” – “Fənərbağça” – QOL/QOL
Türkiyə superliqasında hakim qalmaqalına görə yaranan məcburi fasilə bitdi. Lider “Fənərbağça”nı çətin Kayseri səfəri gözləyir. Kubok və çempionatda keçirdiyi son 11 oyunda uduzmayan “Kayserispor”un liderə də ciddi müqavimət göstərəcəyini gözləyirəm. Məncə, qarşılıqlı qollar bu oyun üçün optimal variantdır.