Günün kuponu – 20.11.2023

Günün kuponu – 20.11.2023

San Marino – Finlandiya ÜST2.5
9 oyuna 29 dəfə mərkəzə dəvət olunan San Marino aşkar autsayderdi. Amma Finlandiya yığmasının oyunu da formal xarakter daşıyır. İlk oyunda 6-0 hesablı qələbə qazanan finlərin ÜST2.5 seçimini doğruldacağını düşünürəm.

Şimali İrlandiya – Danimarka QOL/QOL
Avro-2024-ə vəsiqəni təmin edən danimarkalılar üçün son oyun böyük əhəmiyyət kəsb etmir. Üstəlik mətbuatda üç əsas futbolçunun bu oyunda iştirak etməyəcəyi barədə məlumat yayılıb. Fikrimcə meydan sahibləri son oyunda uduzmayacaq.

Şimali Makedoniya – İngiltərə 2
Heyətlə bağlı problemləri olan meydan sahibləri oyun baxımından toparlanmaqda çətinlik çəkir. 7 oyuna 7 xal toplayan Şimali Makedoniya son matçda maksimum nəticəyə oynayacaq. Avro-2024-ə vəsiqəni təmin edən ingilislərin səfərdə qələbə qazanacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“İnter”də yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 20.11.2023