Günün kuponu – 20.11.2021
“Borussiya Dortmund” – “Ştutqart” – 2,5 üst
Dortmund klubu ötən tur “Leypsiq”ə məğlubiyyətin heyfini “Ştutqart”dan çıxmağa çalışacaq. Elə statistika da bunu deyir. Tərəflərin öz aralarındakı son 14 (!!!) görüşünün hamısında azı 3 qol vurulub. Bu qarşılaşmada da “qol yağışı” gözləyirəm. Tərəflərin heyətində ciddi itkilər olsa belə.
“Uotford” – “Mançester Yunayted” – Q/Q
Hər iki komandanın müdafiəsi bərbad oynayır. “Yunayted” 11 turda qapısından 17, “Uotford” isə 19 qol buraxıb. Üstəlik, “Uotford” “Mançester Yunayted”ə qarşı keçirdiyi ev oyunlarının hamısında qol vurmasını da nəzərə almaq lazımdır. “Qırmızı şeytanlar”ın qol vuracağına isə zərrəcə şübhəm yoxdur. Ona görə qol-qol real görünür.
“Liverpul” – “Arsenal” – 1
“Arsenal” avqustun 28-dən bu yana məğlubiyyət nə olduğunu bilmir. Amma fikrimcə, artıq vaxtdır. Bukmekerlərin “Liverpul”un prinsipial rəqibi ilə görüşdə qələbəsinə bu qədər əminliyi inanmıram ki, aldadıcı olsun. 9 ildir “Enfild”də qalib gələ bilməyən “Arsenal”ın bu dəfə heç 1 xal da qazanacağına ümid etmirəm.
“Borussiya Dortmund” – “Ştutqart” – 2,5 üst – 1,41
“Uotford” – “Mançester Yunayted” – qol/qol – 1,71
“Liverpul” – “Arsenal” – 1 – 1,41
Yekun əmsal: 3,39