Günün kuponu – 20.10.2025
Vest Hem – Brentford QOL/QOL
Cari mövsüm 7 oyuna 7 xal toplayan “Brentford” yalnız iki matçda qələbəyə sevinib. Müdafiədə ciddi problemlərin olduğu qonaqlar əksər oyunlarda kobud səhvlərlə yadda qalıb. “Vest Hem” autsayder olmasına baxmayaraq meydanı qolsuz tərk edəcəyinə inanmıram. Ona görə qol/qol seçimi üzərində dayanıram.
Alaves – Valensiya 2,5 ÜST
Mövsümün uğursuzlarından olan “Valensiya”nın La Liqada qalmaq uğrunda mübarizə aparacağı gözlənilir. Son dörd ildə “Alaves”lə bacarmayan qonaqların uğursuzluğa son qoyacağına inanmıram. Bu matçdan məhsuldar nəticə gözləməyə dəyər.
Kremonese – Udineze 2,5 ÜST
A seriyasında ardıcıl 4 tur qələbə qazanmayan meydan sahibləri rəsmi matçlarda heç vaxt “Udineze”ni üstələməyib. Komanda ən yaxşı halda heç-heçəyə nail olub. İlk turlarda özünə bənzəməyən qonaqların səfərdə uduzmayacağını düşünürəm. Qarşılıqlı hücumlar gözlədiyim oyunda məhsuldar nəticəyə mərc gəlməyi təklif edirəm.












