Günün kuponu – 20.09.2025

Günün kuponu – 20.09.2025

Hoffenhaym – Bayern Münhen – QOL/QOL

Hoffenhaym mövsüm başlayandan keçirdiyi 4 oyunda toplam 11 qol vurub. Bayern Münhen isə Almaniya Superkuboku, kuboku, Çempionlar Liqası və 3 bundesliqa matçında ümumilikdə 22 qol vurub. Belə məhsuldarlığı olan komandaların duelində qarşılıqlı qollar daha real variant kimi görünür.

RB Layptsiq – Köln – 2,5 ÜST

Köln mövsümün startindan başlayaraq hər görüşdə qol vurub. Layptsiq isə 4 oyundan yalnız birində qolsuz qalib. Tərəflərin öz aralarındakı son 4 duelindən 3-də 2,5 üst qeydə alınıb. Fikrimcə, bu matçda da bol qol gözləməyə dəyər.

AVS Futebol SAD – Benfika – 1-ci hissə – 2

Portuqaliya Liqasının son turunda “Santa Klara” ilə heç-heçə (1:1), ardınca Çempionlar Liqasında öz meydanında “Qarabağ”a şok məğlubiyyət (2:3) Benfikada baş məşqçinin dəyişməsi ilə nəticələndi. Joze Mourinyonun komandanı AVS Futebol SAD klubu ilə oyuna hazırlamağa yetərincə vaxtı olmasa da, məncə səviyyə fərqi sözünü deyəcək. Don Jozenin Benfikadakı debütü məncə, qələbə ilə əlamətdar olacaq və bunun əsası elə matçın 1-ci hissəsində qoyulacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 20.09.2025