Günün kuponu – 20.09.2022
“Boka Xuniors” – “Hurakan” ALT 2,5
Argentinanın ən populyar klublarından olan “Boka Xuniors” hazırda 3-cü yeri tutur və liderdən 1 xal geri qalır.
“Hurakan” da bu mövsüm pis təsir bağışlamır. Komanda 19 oyundan sonra 33 xalla 5-ci pillədədir.
“Boka Xuniors” son 2 turda minimal hesabla qələbə qazanıb.
“Hurakan” isə son 2 matçda 1:1 hesabı ilə heç-heçə edib.
“Boka Xuniors”un heyətində bir vaxtlar “Mançester Yunayted”də olmuş qapıçı Serxio Romero uzun müddətdir ki, zədəlidir. Ondan başqa, əsas oyunçulardan olan Sebastyan Kano da komandasına kömək edə bilməyəcək.
“Estudiantes” – “Defensa y Xustisiya” QOL/QOL
Bu komandalar arasında son 3 oyunda “Defansa” futbolçuları qələbə qazanıblar. Ümumiyyətlə, “Estudiantes” 6 matçdır ki, “Defensa”nı məğlub edə bilmir.
Meydan sahiblərinin heyətində itkilər çoxdur.
Komandalar arasında son 4 görüş qol\qolla yekunlaşıb. Ümid edirəm ki, bu dəfə də qarşılıqlı qollar görə bilərik.
“Union de Santa Fe” – “İndependiente” 1
“İndependiyente” son 3 görüşünü qələbə ilə başa vurub. 66 yaşlı Xulio Sezar Falsioninin baş məşqçisi olduğu komanda 4 gün öncə Argentina kubokunda “Veles Sarsfild”i məğlub etmişdi.
Dörd oyundur ki, “Union de Santa Fe” “İndependiente” üzərində qələbə qazana bilmir. Bu dəfə bu pis gedişə son qoyula bilər.