Günün kuponu – 20.08.2023

Günün kuponu – 20.08.2023

“Vest-Hem” – “Çelsi” 2

Bizləri çox maraqlı London derbisi gözləyir. Hər iki komanda çempionata bərabərliklə başlayıb. Son vaxtlar hər iki kollektivdə məhsuldarlıq aşağı səviyyədədir. Buna baxmayaraq risk edib “Çelsi”nin minimal qələbəsinə proqnoz verək.

“Real”B – “Atletiko” M Q-Q

Hər iki komanda çempionata qələbə ilə başlayıb. ”Real” yay aylarında keçirdikləri 6 yoldaşlıq oyununun 4-də qol vurmağı bacarmışdı. Səfərdə “Villareal”a da 2 top vurmuşdur. Darıxdırıcı oyunlara görə həmişə Simeonini tənqid edirlər. Komandası startda məhsuldarlıq nümayiş etdirdi. Bunları nəzərə alıb qol-qol proqnozunun üzərində dayanırıq.

“Roma” – “Salernitana” 1

İtaliya çempionatının 1-ci turunda ən sadə oyunlardan biri “Roma” və ”Salernitana” qarşılaşmasıdır. Ev sahibi startda bu imkanı əldən qaçırmaz. Qələbə qazanmaq inamlı olacaq. Bəlkə də hesab böyük oldu.

Mr. X

Əvvəlki yazı

Keyn rekordla başladı

Növbəti yazı

Sürpriz kupon – 20.08.2023