Günün kuponu – 20.06.2025

Günün kuponu – 20.06.2025

Flamenqo – Çelsi 2 və 2,5 ÜST

Klublararası dünya çempionatına inamlı qələbə ilə başlayan Çelsi ilk oyunda o qədər də əziyyət çəkmədi. Bu dəfə rəqib daha çətin görünür. Lakin, İngiltərə təmsilçisi favoritdir. Londonluların bu adı doğruldacağına inanıram. Düşünürəm ki, Çelsi qələbə qazanacaq. Üstəlik bizi bol qollu qarşılaşmanın gözlədiyini də ehtimal edirəm. Odur ki, 2 və 2,5 üst seçiminə mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan yeni transfer

Növbəti yazı

Sürpriz kupon – 20.06.2025