Günün kuponu – 20.06.2024
Argentina – Kanada 1
Argentina təkcə bu açılış matçında deyil, Kopa Amerika-nı qazanmaq uğrunda mübarizədə əsas favoritdir.
Lionel Messinin öndərliyində ABŞ-ı “fəth etməyə” hazırlaşan komanda çempion olmağı hədəflədiyi turnirə qələbə ilə başlamalıdır.
İspaniya – İtaliya 3.5 ALT
Avro 2024 qrup mərhələsinin mərkəzi oyunlarından birində bukmekerlər İspaniyanı favorit sayır. Amma bu yetərincə mübahisəlidir. Bir-birinə layiq rəqiblərin mücadiləsində komandaların ilk növbədə öz qapılarının toxunulmazlığına diqqət yetirəcəyinə və çox qol vurulmayacağına mərc edirəm.
Danimarka – İngiltərə 2
Avro 2020-nin yarımfinalında bu komandaların qarşılaşması çoxlarının yadındadır. O zaman hakimlərin mübahisəli penalti qərarından sonra qalib gələn İngiltərə üçün indi əsl gücünü sübut etmək zamanı çatır. Britaniyalıların potensialı bu oyunda qələbə qazanmağa imkan verir.