Günün kuponu – 20.05.2025

Günün kuponu – 20.05.2025

Bulon – Klermon ÜST 1.5

İlk pley-off qarşılaşmasının maraqlı keçəcəyi gözlənilir. “Bulon” Liqa 2-yə yüksəlmək üçün evdə üstünlük qazanmağa çalışacaq. Liqa 2-də yerini qorumaq istəyən “Klermon” isə bu səfərdə əlverişli nəticəyə ümid edir. “Bulon” son 25 oyundan yalnız birində qol vurmayıb. Düşünürəm ki, bu dəfə də qarşılaşmada ən azı 2 qol görəcəyik.

Kristal Pelas – Vulverhempton QOL/QOL

“Kristal Pelas” tarixində ilk dəfə İngiltərə kubokunu qazanandan sonra azarkeşləri önünə çıxacaq. Oyunun turnir cədvəli baxımından ciddi əhəmiyyəti yoxdu. Hər iki komanda baxımlı oyun göstərib tribuna toplaşan tərəfdarları sevindirməyə çalışacaq. Qarşılıqlı qollara mərc etməyə dəyər.

River Pleyt – Platense 1

“River Pleyt” 18 oyundur uduzmur. Komandaıar arasında keçirilən matçlarda da meydan sahibləri aşkar üstünlüyə malikdi. Zənnimcə, paytaxt təmsilçisi Argentina çempionatının 1/4 final qarşılaşmasında da azarkeşləri önündə qələbə qazanacaq.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Bavariya”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 20.05.2025