Günün kuponu – 20.04.2025
Şamaxı – Kəpəz – cüt şans X2
Azərbaycan premyer liqasında yerini qorumaq üçün mübarizə aparan bu komandalar sonuncu Səbaillə xal fərqini artırmağa çalışır. Hazırda Şamaxı komandası Səbailldən 11, Kəpəz 8 xal çox toplayıb. Bu baxımdan heç-heçə hər iki tərəfə sərf edir. Amma tərəflərin son 4 duelinin heç birində ev sahibi qələbə qazanmayıb. Belədə “Kəpəz”in səfərdə qalib gəlmə ehtimalını da nəzərə alaraq Gəncə təmsilçisinin uduzmayacağına mərc edirəm.
Fənərbağça – Kayserispor – 1-ci hissənin nəticəsi – Fənərbağça
Fənərbağça əzəli rəqibi “Qalatasaray”ı “zirvədən endirmək” üçün 3 xallıq fərqi aradan qaldırmalıdır. Bu turda Kayseri klubunun onlara mane olacağını düşünmürəm. Aralarındakı son 7 oyunda olduğu kimi bu dəfə də Fənərbağçanın qalib gələcəyini düşünürəm. Fikrimcə, Mourinyonun komandası artıq ilk hissədə qələbənin əsasını qoyacaq.
Bolonya – İnter – QOL/QOL
Bu mövsüm yaxşı təsir bağışlayan Bolonya A seriyasının liderini qəbul edir. Bolonyalılar A seriyasında öz meydanında oynadığı son 13 matçın hamısında azı 1 qol vurub. İnter isə bütün turnirlər nəzərə alınmaqla son 13 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Belə statistikanın qarşısında ağıla ilk gələn variant qol/qoldur.