Günün kuponu – 20.03.2025

Günün kuponu – 20.03.2025

İtaliya – Almaniya – cüt şans 1X

UEFA Millətlər Liqasının A divizionunda 2 oyundan ibarət (ev/səfər) 1/4 final mərhələsi başlayır. Hərəyə 4 dünya çempionluğu olan bu 2 komandanın dueli də böyük maraqla gözlənilir. İtaliya millisi indiyədək almanlara öz azarkeşləri qarşısında uduzmayıb. İnanmıram ki, məhz bu oyunda almanlar “tarixin çarxını” geri çevirəcək. Fikrimcə, İtaliya bu görüşdə ən azı uduzmayacaq.

Xorvatiya – Fransa – QOL/QOL

UEFA Millətlər Liqasında 1/4 finalın daha bir qarşılaşmasl. Bu komandaların öz aralarındakı əksər oyunlarda qarşılıqlı qollar vurulub. Xüsusən də Xorvatiyanın ev sahibi olduğu matçlarda. Statistikaya güvənərək bu dueldə də hər iki tərəfdən qol gözləyirəm.

Niderland – İspaniya – QOL/QOL

Niderland millisi İspaniyadakı cavab matçının onlar üçün çox çətin olacağını yaxşı bilir. UEFA Millətlər Liqasında yarımfinala doğru addım atmaq üçün öz meydanında qələbə qazanmaq Niderlanda çox vacibdir. Ona görə çəkinmədən hücuma atılacaqlarını təxmin edirəm. İspaniyanın da hücum potensialını nəzərə alsaq, qarşılıqlı qollar gözləməyə dəyər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Barselona”nın Şesnı planı

Növbəti yazı

Sürpriz kupon – 20.03.2025