Günün kuponu – 20.02.2025

Günün kuponu – 20.02.2025

Qalatasaray – AZ Alkmaar 1

“Qalatasaray”ın bu rəqibə ilk matçda uduzacağını hardasa gözləmək mümkün idisə, nəticənin darmadağın olacağını heç kim proqnozlaşdırmazdı. “Sarı-qırmızılılar”ın mərhələ keçəcəyi möcuzələrə qalsa da, Osimhen və komanda yoldaşları bu qarşılaşmada ən azı qələbə qazanacaq gücdədir.

Olimpiya Lüblyana – Borac Banja Luka 1

“Balkan derbi”sinin favoriti bəllidir. Bosniya və Hersoqovinada minimal hesabla uduzan “Olimpiya Lyüblyana” Sloveniyada bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Azarkeşlərin də dəstəyilə daha köklü klubun qələbə qazanacağına inanıram.

Panatinaikos – Vikinqur Hər iki hissəni qazanacaq: Panatinaikos

Meydan sahibləri İslandiyadakı sensasiyalı məğlubiyyətin əvəzini çıxmaq üçün əlindən gələni əsirgəməyəcək. Sözsüz ki, komandalar arasında ciddi fərq var. “Panatinaikos” möhtəşəm azarkeş dəstəyilə bu fərqi ortaya qoymalıdı.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi

Növbəti yazı

Sürpriz kupon – 20.02.2025