Günün kuponu – 20.01.2025
Trabzonspor-Sivasspor 1
18 turda 30 qol vuran Trabzon təmsilçisi məhsuldarlığa baxmayaraq 5 qələbəyə sevinib. Liderlərən uzaq düşən “Trabzonspor”un mövqeyi həm rəhbərliyi, həm də azarkeşləri razı sala bilməz. Sivaslılar artıq 2 aydır ki, qələbəyə həsrət qalır. Dragus və Saviçin oynamayacağına rəğmən “Trabzonspor”un qələbəsinə inanıram.
Gənclərbirliyi-Kocaelispor qol/qol
Superliqaya qayıtmağı hədəfləyən “Kocaelispor” ehtiyatda bir oyunu olmaqla yanaşı izləyicisini 6 xal qabaqlayır. 2025-ci ildə evdə uduzmayan “Gənclərbirliyi” doğma meydan amili faktorundan istifadə edir. Səfərə iddialı yollanan “Kocaelispor”un ən azı 1 xal qazanacağını düşünürəm. Amma qol/qol seçimi daha risksiz görünür.
Oliveirense-FC Penafiel ÜST2.5
Portuqaliya ikinci liqasında lider olan “Penafiel” xal itirərsə zirvədən enmə təhlükəsiylə üzləşəcək. “Benfika B” komandası liderdən cəmi 1 xal geri qalır. Autsayder “Oliveirense” liqada qalmaqdan ötrü maksimum xal toplamağa çalışır. Ona görə evdəki oyunlara daha böyük ümid bəslənilir. Fikrimcə bu oyundan məhsuldar nəticə gözləmək olar.