Günün kuponu – 20.01.2023

Günün kuponu – 20.01.2023

“Leyptsiq” – “Bayern Münhen” – QOL/QOL

Nəhayət ki, Almaniya Bundesliqasında da fasilə başa çatır və çempionat belə bir maraqlı oyunla başlayır.

“Leyptsiq” 28 xalla 3-cü yeri tutur və lider “Bayern Münhen”dən 6 xal geri qalır.

Qonaqların heyətində itkilər çoxdur.

“Leyptsiq” yoxlama matçlarını məhsuldar keçirib. “Mlada Boleslav”a 4, “Ayntraxt”a 2, “Radomyak”a 6 top vurublar.

Bu komandalar arasında son 5 oyunun üçündə qol\qol gəlib.

“Ekselsior” – “Volendam” – QOL/QOL

Təhlükəli zonada olan “Volendam” Erediviziyada qalmaq uğrunda mübarizə aparır. “Ekselsior”un da vəziyyətinin əla olduğunu demək olmaz.

“Volendam” fasilədən sonra hər oyununu qələbə ilə başa vurub.

“Ekselsior” isə son turda “Sparta Rotterdam”a uduzub – 0:1

Bu komandalar arsında son görüşdə “Ekselsior” Volendam”ı səfərdə 5:2 hesabı ilə məğlub etmişdi.

Bu dəfə də qarşılıqlı qollar gözləyirəm

“Eupen” – “Genk” – 2

“Genk” ən yaxın izləyicisini 9 xal qabaqlayaraq inamla turnir cədvəlinə başçılıq edir.

“Eupen”i isə təhlükəli zonadan 1 xal ayırır.

Bu komandalar arasında son 5 oyunun dördündə “Genk” qalib gəlib. Yəqin ki, lider bu dəfə də “Eupen” səfərində xal itirməz.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Yokiçdən rekord

Növbəti yazı

Sürpriz kupon – 20.01.2023