Günün kuponu – 19.12.2025

Günün kuponu – 19.12.2025

B.Dortmund-B.Münhenqladbax  qol/qol

Bundesliqada 15-ci turda Dortmund təmsilçisi Münhenqladbax komandasını qəbul edir. Həm avrokubok, həm bundesliqada son tur qələbə qazana bilməyən meydan sahiblərinin evdə xal itirəcəyi inandırıcı deyil. Lakin qonaqların səfərdə xalsız qalması da real görünmür.

Bolonya-İnter qol/qol  

Səudiyyə Ərəbistanında keçirilən İtaliya Super Kubokunda ikinci yarımfinal. Ötən 2 ildə rəqibə qalib gəlməyən Milan klubu indi fərqli ölkədə meydana çıxacaq. Ər-Riyad şəhəri hər iki tərəf üçün doğma meydan sayılmayacaq. Bu səbəbdən “Bolonya”nın final çıxması sürpriz olmayacaq. A seriyasında yüksək mövqelərdə olan klubların meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.

Kocaelispor-Antalyaspor alt2.5

Türkiyə Superliqasında inamlı çıxış etməyən Antalya təmsilçisi aşağı dəstəyə yollanmamaq uğrunda mübarizə aparır. Stabil çıxış etməyən “Kocaelispor”da da vəziyyət yaxşı deyil. Bu mənada komandaların ehtiyatlı oyun nümayiş etdirəcəyini fikirləşirəm. 90 dəqiqənin sonunda qolsuz bərabərlik qeydə alınarsa təəccüblənmərəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Sabah” liderliyə yüksəldi

Növbəti yazı

Sürpriz kupon – 19.12.2025