Günün kuponu – 19.11.2022
Cəbəllütariq – Andorra ALT 2.5
“Cırtdanlar”ın derbisindən çox qol gözləmirəm. Xüsusən də, Andorra iştirak etdiyi oyunlarda yumşaq desək məhsuldarlığı ilə seçilmir. Bu dəfə də fərqli ssenari proqnozlaşdırmaq çətindi.
Kosovo – Farer adaları ALT 2.5
Zənnimcə, xüsusi məhsuldarlığı ilə seçilməyəcək daha 1 qarşılaşma Kosovo və Farer adalarının arasında oynanılacaq. Kosovo millisi sözsüz favoritdi. Amma Farer adaları da asanlıqla təslim olacaq komanda deyil. Bununla belə Kosovonun qələbəsi şəxsən məndə şübhə doğurmur.
BƏƏ – Qazaxıstan ALT 2.5
Bu oyunda da çox qol vurulacağına inanmıram. Qazaxlar Millətlər Liqasında uğurlu çıxış etsələr də, qol-şou gözləniləcək komandaya oxşamır. Birləşmiş Ərəb Əmirliklərinin də məhsuldar futbol sərgiləyəcəyi ağlabatan deyil.